Əsas Səhifə > Güney Press > Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb

Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb


Bu gün, 13:06

Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu 28 May qəsəbəsində qeydə alınıb.

Məlum olub ki, Zivər Yahyayev (ad-soyad şərtdiri) münasibətlərini sonlandırmaq istəyən qadından qisas almaq məqsədilə sulfat turşusunu onun sifət və bədən nahiyəsinə tökməklə xüsusi amansızlıqla zərərçəkmiş şəxsin baş və üz nahiyələrinin, boyun nahiyəsinin, sol yuxarı ətrafın, sağ və sol qulaq seyvanı nahiyələrinin, sağ və sol əlin (ümumilikdə bədən səthinin təqribən 20%) II-III dərəcəli kimyəvi yanıq yaraları almasına səbəb olub.

Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bu sözləri deyib:

"Artıq onun mənlə barışmayacağına əmin idim. Bundan sonra başqa şəxslərlə münasibətdə ola bilməsi ehtimalını düşündüm. Heç kimin onunla münasibət qurmaması üçün üzünü eybəcər hala salmaq məqsədilə sifətinə kimyavi maddə tökdüm”.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Z.Yahyayev barəsində həbs qətimkan tədbiri seçilib.


Geri qayıt