Əsas Səhifə > Güney Press > Ədalət Mədətoğlu kimdir?
Ədalət Mədətoğlu kimdir?Bu gün, 12:49 |
|
Jurnalist Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib. Lent.az "Biqorafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir. -Ədalət İsmayılov kimdir? O, şair-jurnalist, Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktorudur. -Ədalət İsmayılov nə zaman və harada dünyaya gəlib? O, 1 fevral 1968-ci ildə Gürcüstanın Başkeçid (Dmanisi) şəhərində dünyaya gəlib. -Ə.İsmayılovun təhsil həyatı necə keçib? O, orta təhsilini Başkeçid şəhər Rus Orta Məktəbində alıb. Məktəbi bitirdikdən sonra isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilini davam etdirib. -O, neçənci ildən Azərbaycanda fəaliyyət göstərib? 1990-ci ildən Bakıda yaşayıb-yaradır. -Ədalət İsmayılov hansı mətbu orqanlarda çalışıb? Ədalət İsmayılov “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. -O, neçənci ildən “Əqli mülkiyyət” jurnalında fəaliyyət göstərib? Ə.İsmayılov 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi. -Ədalət İsmayılov hansı əsərin müəllifidir? “Tiflisdə yeddi məhbus” adlı romanın müəllifidir. -Roman harada və neçənci ildə çap edilib? 256 səhifəlik əsər 2014-cü ildə Bakıda işıq üzü görüb. -Onun müəllifi olduğu roman nədən bəhs edir? "Tiflisdə yeddi məhbus" romanı müəllifin Borçalı bölgəsinin tarixi, insan taleləri və müəllifin uşaqlıq xatirələri fonunda qələmə alınıb. -Ədalət İsmayılov hansı əsərlərini hansı dillərdə yazıb? O, rus dilini mükəmməl sviyyədə bilib. Həm Azərbaycan, həm dər rus dilində şeirlər yazıb. -O, hansı məşhur şəxslə qohumdur? Ədalət İsmayılov tanınmış şair-jurnalist Mədəd Coşğunun oğludur. Bacısı Sədaqət İsmayılova vaxtilə BBC Azərbaycanın London bürosuna rəhbərlik edib. Onun anası uzun illər müəllimə kimi çalışıb. -Baş redaktorun ailə həyatı necədir? Ədalət İsmayılov ailəlidir və Ziyad, Mədəd, Murad adında 3 oğlu var. O, oğlu Mədədə atasının adını verib. -O, nə zaman dünyasını dəyişib? Ədalət İsmayılov ötən gün axşam 58 yaşında dünyasını dəyişib. Geri qayıt |