|
Son bir ildə Azərbaycanda təqaüd alan “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı 1,4% və ya 64 nəfər azalıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə “Xalq” fəxri adı daşıyanların sayı 9 nəfər, “Əməkdar” fəxri adı daşıyanların sayı isə 55 nəfər azalıb. Bu ilin iyul ayının əvvəlinə olan sonuncu məlumata görə, Azərbaycanda 237 nəfər “Xalq”, 4 415 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır. Onu da bildirək ki, “Xalq” və “Əməkdar” fəxri adı daşıyan şəxslərə verilən təqaüdün məbləği son bir ildə artıb. “Xalq” fəxri adı daşıyanlara ayda 300 manat, “Əməkdar” fəxri adı daşıyanlara isə ayda 200 manat təqaüd verilib. Qeyd edək ki, ötən ilin eyni dövründə “Xalq” fəxri adı daşıyanlar ayda 200 manat, “Əməkdar” fəxri adı daşıyanlar isə ayda 150 manat təqaüd alıblar.
Geri qayıt
|