Əsas Səhifə > Güney Press > “Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get”
“Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get”Bu gün, 12:24 |
|
“Özümə can sağlığı arzulayıram. Can sağlığı olandan sonra bütün işlər yoluna düşəcək. Heç vaxt rol arzusunda olmamışam. Sentyabr ayında bir tamaşanın məşqlərinə başlayacağıq, dekabr ayında isə yeni bir tamaşam olacaq. İkisində də baş rollara dəvət almışam. Hələ ki, mənə tələbat var. Tamaşaçı adıma bilet alıb teatra gəlir. Ona görə də mən o tamaşaçılar üçün yaşayıb yaratmalıyam”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Cəfər Namiq Kamal deyib.
O daha sonra əlavə edib:
“Hər aktyor özünü gözəl tanıyır və bilir. Tələbatlı aktyor deyilsənsə, sən heç bir tamaşada lazım deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get! Səhnədə yola verən aktyoru da tamaşaçı tanıyır, canfəşanlıq edəni də. İndiki tamaşaçıları aldatmaq qətiyyən mümkün deyil”.
Xalq artisti filmlərdə çəkilmək arzusundan da danışıb:
“Yaxşı film, yaxşı iş olsa niyə getmirəm ki? Hələ ki, film çəkilmir. Rejissor özü də savadlı olmalıdır. Peşəkar aktyor kollektivi yığmağı bacarmalıdır. Senari də mənalı olmalıdır. Məni heç vaxt pul maraqlandırmayıb, önəmli olmayıb. Sənətimlə məşğul olmuşam. “Üç bacı” serialında Maarif roluna çəkilmişəm. Yaxşı qonorar da almışam. Hamıdan çox qonorarı mənə veriblər. Məni çəkən rejissorlar qiymətimi biliblər”.
Geri qayıt |