Əsas Səhifə > Güney Press > Yeznəsinə yumruqla xəsarət yetirən şəxsə
Yeznəsinə yumruqla xəsarət yetirən şəxsəBu gün, 12:21 |
|
Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəfər Cəfərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. İttihama əsasən, Cəfər Cəfərov bu il saat 04 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən yataqxanlardan birinin otağında yeznəsi, zərərçəkmiş Vamiq İmranovla (adı, soyadı şərtidir) münasibətlərin pozulması zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs yeznəsinin alın nahiyəsinə qəsdən yumruqla zərbə vurub. Nəticədə zərərçəkmiş şəxsin alın nahiyəsində geniş həcmli dərialtı hematoma əmələ gəlib. Xəsarət məhkəmə-tibbi baxımdan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib. Bununla da Cəfər Cəfərovun əməlində Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan, qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibi olub. Məhkəmə iclasında Cəfər Cəfərov özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib. Vamiq İmranov da məhkəmə iclasında təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, hazırda Cəfər Cəfərovla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Geri qayıt |