|
Bu ilin ilk 7 ayında ölkəyə ümumilikdə 9 milyard 880,7 milyon dollar dəyərində mal idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 1 milyard 594,2 milyon dollarını yeyinti məhsulları təşkil edib. Ən çox idxal olunan məhsullar arasında miqdar baxımından buğda, dəyər baxımından isə tərəvəz və meyvə üstünlük təşkil edib. Belə ki, bu ilin ilk 7 ayında Azərbaycana 214,6 min ton tərəvəz və meyvə idxal edilib. Bu məhsulların statistik dəyəri 193,7 milyon dollar (329,2 milyon manat) olub. Nəticədə 1 kiloqram tərəvəz və meyvənin orta gömrük dəyəri təxminən 1,53 manat təşkil edib. Bundan başqa, ölkəyə 631,7 min ton buğda gətirilib və buğdanın statistik dəyəri 143,5 milyon dollar (243,9 milyon manat) olub. Beləliklə, 1 kiloqram buğdanın orta gömrük dəyəri 0,39 manat təşkil edib. Eyni zamanda, 104,4 min ton bitki və heyvan mənşəli piy və yağlar idxal olunub. Bu məhsulların statistik dəyəri 167,3 milyon dollar (284,4 milyon manat), 1 kiloqramın orta gömrük dəyəri isə 2,73 manat olub. Həmçinin 15,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Bu məhsulların dəyəri 94,6 milyon dollar (160,8 milyon manat), 1 kiloqramın orta gömrük dəyəri 10,66 manat təşkil edib. Ölkəyə 8,1 min ton çay idxal olunub. Çayın statistik dəyəri 48,7 milyon dollar (82,8 milyon manat) olub. Beləliklə, 1 kiloqram çayın orta gömrük dəyəri 10,19 manat təşkil edib. Bundan başqa, 28 min ton ət idxalının statistik dəyəri 66,1 milyon dollar (112,4 milyon manat) olub. Ətin 1 kiloqramının orta gömrük dəyəri 4,01 manat təşkil edib. Eyni zamanda, 27,4 min ton düyü ölkəyə 24,1 milyon dollar (41 milyon manat) idxal edilib və 1 kiloqram düyünün orta gömrük dəyəri 1,50 manat olub. 13,2 min ton süd və qaymaq idxalının statistik dəyəri 25,6 milyon dollar (43,6 milyon manat) təşkil edib. Bu məhsulların 1 kiloqramının orta gömrük dəyəri 3,31 manat olub. Həmçinin Azərbaycana 30,6 min ton qarğıdalı gətirilib. Qarğıdalının statistik dəyəri 14,4 milyon dollar (24,5 milyon manat) olub. 1 kiloqram qarğıdalının orta gömrük dəyəri isə 0,80 manat təşkil edib.
Geri qayıt
|