Əsas Səhifə > Güney Press > Paşinyanın partiyasından Moskvaya cavab:

Paşinyanın partiyasından Moskvaya cavab:


Bu gün, 14:56

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə yaranmış problemlərin həllini gözləyir, baxmayaraq ki, müəyyən mənada "qayıdış olmayan nöqtə" artıq keçilib.

Musavat.com xəbər verir ki, bu barədə ölkə parlamentinin deputatı, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının üzvü Artur Hovhannisyan jurnalistlərə açıqlamasında bildirib.

"Ermənistanın KTMT-dən xaric edilməsi məsələsi üzrə mövqeyimizi bu cür müzakirələr aparılacağı və qərarlar qəbul ediləcəyi təqdirdə bildirəcəyik. Hazırda belə bir qərar yoxdur. Bizim indiki qərarımız yaranmış problemlərin müəyyən faizlə də olsa həll olunma ehtimalına ümid edərək KTMT-dəki üzvlüyümüzü dondurmaqdır. Əgər bu baş verməzsə, Ermənistanın dövlət maraqlarına uyğun addım atacağıq", – deyə deputat qeyd edib.

Hovhannisyanın sözlərinə görə, Ermənistan de-fakto KTMT-nin üzvü deyil və bu təşkilat respublikanın təhlükəsizliyinin zəmanətçisi rolunu oynamır. O, həmçinin vurğulayıb ki, ölkəsi hazırda başqa bir təhlükəsizlik təşkilatına üzvlük məsələsini müzakirə etmir.

Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan İrəvanın təşkilatda iştirakını dondurduğunu və buna sebeb kimi KTMT-nin Ermənistan qarşısındakı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsini göstərmişdi.


Geri qayıt