Əsas Səhifə > Güney Press > İranşünasdan Bakıya qarşı
İranşünasdan Bakıya qarşıBu gün, 13:18 |
|
İranşünas Vardan Voskanyan Azərbaycanın Ermənistanı elektrik enerjisi ilə təchiz etməsinə qarşı çıxıb. Tribuna.az bildirir ki, o, bunu erməni hərbi canilərin Bakıda həbsdə olması ilə əlaqələndirib. Onun sözlərinə görə, Ermənistan ərazisində müəyyən elektrik dirəklərinin quraşdırılması normal sayıla bilməz. Voskanyan hələ də anlamır ki, ölkəsinin vassalıqdan, Rusiya köləliyindən qurtuluşu Azərbaycanla və Türkiyə ilə əlaqələri hərtərəfli inkişaf etdirməkdən keçir. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətləri və dirəklərinin çəkilməsi layihəsinin hazır olduğunu açıqlamış və erməni mütəxəssislərin və azərbaycanlıların artıq təhlillər apardığını iddia etmişdi. Nikol Paşinyan Azərbaycandan enerji alınacağını açıqlamışdı. Geri qayıt |