Əsas Səhifə > Güney Press > “İtirən siz olarsınız, Türkiyə yox”

“İtirən siz olarsınız, Türkiyə yox”


Bu gün, 13:16

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ilə münasibətlər barədə danışarkən ölkəsinin əsas prioritetinin bu quruma üzvlük olmadığını bildirib.

Modern.az xəbər verir ki, Ərdoğan "Əl-Cəzirə"yə müsahibəsində Türkiyənin 53 ildir Avropa İttifaqına qəbul edilmədiyini və bundan sonra da üzvlüyə götürülməsinin gözlənilmədiyini deyib.

“Avropa 53 ildir Türkiyəni öz sırasına daxil etmədiyi kimi, bundan sonrakı mərhələdə də qəbul etməyi düşünmür. Amma biz qapımızı bağlamamışıq. Biz hələ də Avropa İttifaqına üzv olmağı düşünürük. Qəbul etsələr, nə yaxşı, etməsələr də nə yaxşı. Bizim üçün prioritet Avropa İttifaqı deyil. Lakin Avropa İttifaqına daim deyirik ki, itirən siz olarsınız, Türkiyə yox”, – deyə dövlət başçısı bildirib.

Ərdoğan Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətini izləməyə davam etməyə çağırıb.

“AK Parti ilə Türkiyə daha güclü gələcəyə doğru irəliləyəcək. Bundan heç kimin narahatlığı və şübhəsi olmasın. Türkiyə inşallah sabaha daha güclü daxil olacaq və güclü şəkildə yoluna davam edəcək. Dünya sülhündə Türkiyənin mövqeyi daha fərqli olacaq”, – Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan ərəb dünyasına da müraciət edərək birlik və həmrəyliyin qorunmasının vacibliyini qeyd edib:

“Hamısına salam və sevgilərimi göndərirəm. Biz onların hamısını sevirik. Biz birik, birlikdəyik, güclüyük. Bir-birimizi incitməyək, küsdürməyək, birlikdə olmağa davam edək”.


Geri qayıt