Əsas Səhifə > Güney Press > “Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib

“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi cərimələnib


Bu gün, 10:32

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Banker.az xəbər verir ki, şirkətin vəzifəli şəxsi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub.

Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələri əsasında işə baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimə edilib.


Geri qayıt