Əsas Səhifə > Güney Press > Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur

Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur


Bu gün, 10:23

Təbriz-İrəvan uçuşları 2 illik fasilədən sonra bərpa olunur.

Bu barədə Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Məhəmməd Əli Nael Qaramalki “Fars News”a bildirib.

Onun sözlərinə görə, Təbriz- İrəvan marşrutu üzrə həftəlik uçuşlar Təbrizin “Şəhid Mədəni” Beynəlxalq Hava Limanından bərpa olunacaq.

Uçuşlar "Pouya Airlines" tərəfindən həftədə iki dəfə, bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

İlk uçuş Təbrizdən İrəvana 20 avqust saat 9:00-da yola düşəcək.


Geri qayıt