Əsas Səhifə > Güney Press > Türkiyəni silkələyən əməliyyatda şok detal

Türkiyəni silkələyən əməliyyatda şok detal


Bu gün, 04:52

Türkiyədə Alihan Kurişin rəhbərlik etdiyi (Süıleymançılar) struktura qarşı aparılan genişmiqyaslı əməliyyatla bağlı yeni və diqqətçəkən detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Alihan Kurişin 2016-cı ildə strukturun rəhbərliyinə keçməsindən sonra böyük pul və əmlak hərəkətlərinin müşahidə olunduğunu bildirib.

Nazirin sözlərinə görə, strukturun yuxarı rəhbərliyi gizli əlaqə üçün “Glooper” adlı xüsusi proqramdan istifadə edib. Proqrama girişin üçmərhələli doğrulama sistemi ilə həyata keçirildiyi bildirilir.

Çiftçi bununla bağlı deyib:

“Bir dini camaat, bir axım gizli proqramdan istifadə edərmi? Əvvəllər FETO-çuların ByLock tətbiqindən istifadə etdiyini bilirsiniz. Bu strukturun da hazırda yuxarı rəhbərliyinin istifadə etdiyi ‘Glooper’ adlı tətbiqi var. Yuxarı pillədə olanlar tətbiqə üçmərhələli doğrulama ilə daxil ola bilirlər”.

Mustafa Çiftçi həmçinin bildirib ki, Almaniyanın Köln şəhərində struktur üçün 70 milyon avro dəyərində böyük baş qərargah tikilir və planlara əsasən, bina hazır olduqdan sonra bütün fəaliyyətlərin ora köçürülməsi nəzərdə tutulurdu. Nazir hüquq-mühafizə orqanlarının bu fəaliyyətləri uzun müddətdir diqqətlə izlədiyini söyləyib.

Çiftçinin sözlərinə görə, əməliyyat dini camaatlara və mühafizəkar insanlara qarşı deyil, istintaq çərçivəsində strukturun yuxarı rəhbərliyinə qarşı həyata keçirilib.


Geri qayıt