Əsas Səhifə > Güney Press > ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb
ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıbBu gün, 09:01 |
|
ABŞ ilə müttəfiq olan Körfəz dövlətləri Amerika administrasiyasının İrana qarşı müharibənin diplomatik həllinə nail ola bilməyəcəyinə getdikcə daha çox əmin olurlar. Musavat.com xəbər verir ki, bunu The Washington Post (WP) mənbələrə istinadən yazıb. Qəzet qeyd edir ki, "ABŞ müttəfiqləri İranla sülh sazişinin əldə edilməsi üçün lazım olan diplomatik səylərin göstərilməməsindən getdikcə daha çox narahat olduqları üçün Körfəz dövlətlərində Vaşinqtona qarşı qıcıqlanma artır ". Qəzetin mənbələrinə görə, "Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyn ABŞ administrasiyasından narazılıqda birləşiblər": "Onlardan bəziləri öz ərazilərində ABŞ-ın əsas hərbi obyektlərinin yerləşdirilməsini davam etdirməyin məqsədəuyğunluğunu müzakirə etməyə başlayıblar". ABŞ-ın hərəkətlərindən narazılıq İrana qarşı hərbi əməliyyatın başlamasından bəri "pik həddə çatıb". Nəşr vurğulayır ki, bunu Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən ölkələrdən birinə hücumun bütün tərəflərə qarşı təcavüz hesab ediləcəyini nəzərdə tutan Məkkə Paktının imzalanması da təsdiqləyir. Geri qayıt |