|
Azərbaycan klubları 2026/27 mövsümündə UEFA-nın klub turnirlərinin seçmə mərhələsində uğurlu nəticələri ilə diqqət çəkib. Yeniavaz.com xəbər verir ki, “Football Meets Data”nın 13 avqust tarixli statistikasına əsasən, Azərbaycanı təmsil edən klublar keçirdikləri 18 oyunda 11 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət əldə ediblər. Bu nəticə ölkə klublarının mümkün xalların 69%-ini topladığını göstərir. Azərbaycan bu göstərici ilə siyahıda 6-cı pillədə qərarlaşıb. Ölkəmizi yalnız Türkiyə (80%), Xorvatiya (75%), Avstriya (75%), Portuqaliya (75%) və Niderland (70%) qabaqlayır. Ən zəif nəticələr Monteneqroya məxsusdur. Ümumi siyahının sonuncu pilləsində Monteneqro qərarlaşıb. Monteneqro klubları mümkün xalların 0 faizini qazanıb – 10 oyunda 0 qələbə, 0 heç-heçə və 10 məğlubiyyət. Ən zəif nəticə göstərən digər ölkələr arasında San Marino (13%), Uels (15%), Malta (20%) və Şimali İrlandiya (25%) qərarlaşıb. 2026/27 UEFA seçmə mərhələsində mümkün xalların qazanılması faizinə görə keçmiş SSRİ ölkələri arasında vəziyyət belədir: Azərbaycan – 69%; Latviya – 65%; Ermənistan – 50%; Estoniya – 50%; Litva – 47%; Gürcüstan – 44%; Belarus – 44%; Qazaxıstan – 43%; Ukrayna – 35%; Moldova – 25%.
Geri qayıt
|