|
Bu ilin əvvəlinə olan məlumata görə, Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı işçilərinin sayı 45 min 227 nəfər olub. Yeniavaz.com SOCAR-ın hesabatına istinadən xəbər verir ki, son 15 il ərzində SOCAR-da işçilərin sayı 34 min 342 nəfər və ya 43,2% azalıb. Belə ki, 15 il əvvəl – 2011-ci ilin əvvəlində SOCAR-da 79 min 569 nəfər işçi olub. Son bir ildə isə SOCAR-da işçilərin sayı 2 min 842 nəfər və ya 5,9% azalıb. Son 15 ildə – 2011-2025-ci illərdə SOCAR-ın Azərbaycandakı işçilərinin sayı aşağıdakı kimi olub: 2011 – 79 569 nəfər; 2012 – 77 140 nəfər; 2013 – 66 234 nəfər; 2014 – 61 088 nəfər; 2015 – 54 714 nəfər; 2016 – 52 104 nəfər; 2017 – 50 735 nəfər; 2018 – 50 424 nəfər; 2019 – 51 125 nəfər; 2020 – 51 695 nəfər; 2021 – 50 861 nəfər; 2022 – 48 870 nəfər; 2023 – 48 320 nəfər; 2024 – 48 069 nəfər; 2025 – 45 227 nəfər.
Geri qayıt
|