|
Ötən il SOCAR-ın əməkhaqqı, maaş və sosial müdafiə xərcləri 3 milyard 412 milyon manat olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 701 milyon manat və ya 25,8% çox olub. Qeyd edək ki, ötən il SOCAR-da işləyən işçilərin ümumi sayı 57 min 175 nəfər olub. Bu isə o deməkdir ki, əməkhaqqı fondundan bir işçiyə düşən orta aylıq vəsait təxminən 59,7 min manat olub. Məlumat üçün onu da qeyd edək ki, SOCAR-da çalışanların 45 min 227-si və ya ümumi işçilərin 79,1%-ni Azərbaycanda işləyən işçilər təşkil edib. Bunlardan başqa 4 min 526 nəfər “SOCAR Türkiyə”də, 4 min 382 nəfər “SOCAR Gürcüstan”da, 1 764 nəfər “SOCAR Ukrayna”da işləyiblər.
Geri qayıt
|