Əsas Səhifə > Güney Press > “Bu aparıcının səviyyəsinə baxır,
“Bu aparıcının səviyyəsinə baxır,Bu gün, 12:11 |
|
“Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki.. Aparıcılar, konsert təşkilatçıları bilməlidirlər ki, kimi efirə çıxarmaq olar, kimi olmaz?! Məni çox dəvət edirlər. Hər gün də efirdə görünə bilməzsən. Məni xalq da istəyir, dövlətim də, tamaşaçılar da. Amma özüm çalışıram ki, çox az görünüm. İncik düşdüyüm efirlər, aparıcılar da olur. Bəzən lazımsız suallar da ünvanlayırlar. Bu da baxır aparıcının mədəniyyətinə, savadına, səviyyəsinə”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Niyaməddin Musayev deyib.
O daha sonra arzularından söz açıb:
“86 yaşım var. Bir qocaman sənətkar kimi ən böyük arzum dövlətimin daha da güclü olmasıdır. Bütün arzularım dövlətimizlə, xalqımızla bağlıdır. Qoy bizim dövlətimiz heç kimdən, heç nədən asılı olmasın. İnsanlarda vətənpərvərlik ruhu yüksək olsun. Bilsinlər ki, onların güclü dövlətləri var. Elə xalq var ki, heç dövləti yoxdur. Çox şükür ki, bizim dövlətimizi indi dünyada tanıyırlar”.
Geri qayıt |