Əsas Səhifə > Güney Press > Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA:
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA:Bu gün, 11:58 |
|
“Təəssüf ki, getdikcə sənət anlayışı aşağı səviyyəyə düşür”. Bunu Yenicag.az-a açıqlamasında aktrisa Lena Xosrovova deyib.
O, “sənətdə irəli getmək üçün hansı daha vacibdir: istedad, şans, yoxsa gözəllik?” sualını belə cavablandırıb: “Ümumiyyətlə, bu gün irəli gedə bilən aktyor, aktrisa varmı? Söhbət peşəkarlardan gedir. Təəssüf ki, getdikcə sənət anlayışı aşağı səviyyəyə düşür. Səbəb? Maliyyə yox, dəstək yox, layihə yox… Heç kim haqq etdiyi yerdə deyil. Nə gözəllik, nə şans, nə də istedad hazırda bunların heç biri göstərici deyil. Sosial şəbəkələr, səhifələr, telekanallar, tiktokerlər, blogerlər lazımsız müğənnicikləri təbliğ edirlər, gündəmdə saxlayırlar. Üç-beş uğurlu layihə var, onları da nümayiş etdirmirlər ki, istedadlı aktyorların nəyə qadir olduğunu xalq da görsün. Bu gün irəli getmək, məşhur olmaq üçün heç istedadlı olmağa da ehtiyac yoxdur. “TikTok”da ağzına gələni danışmaq və səviyyəsiz söhbətlər etmək bəs edir ki, tanınsınlar. Anlamırlar ki, populyar olmaq sənətkar olmaq demək deyil. Məşhurluqla sənəti bir-birinə qarışdırmaq olmaz. Bunlar ayrı-ayrı məfhumlardır. Sadəcə, hər şeyi zamana buraxmışıq və hamımız ümidlə gözləyirik ki, görək nə vaxt aktyorlara lazımi şərait yaradılacaq”. Geri qayıt |