Əsas Səhifə > Güney Press > Putinin xəbərdarlığına Britaniyadan reaksiya:

Putinin xəbərdarlığına Britaniyadan reaksiya:


Bu gün, 11:51

Böyük Britaniyanın potensial olaraq Rusiya tərəfindən gəmilərinin ələ keçirilməsinin qarşısını almaq üçün kifayət qədər resursları yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadla məlumat yayıb.

“Hərbi Qəniz Qüvvələrimiz daim ixtisar edilib, kifayət qədər gəmimiz yoxdur”, - Britaniya hərbi donanmasının admiralı Alan Vest deyib.

Nəşrin yazdığına görə, Londonu xüsusilə Asiya-Sakit okean regionundakı vəziyyət narahat edir. Bu bölgədə hərbi mövcudluğu nümayiş etdirmək üçün iki Britaniya patrul gəmisi - “HMS Tamar” və “HMS Spey” yerləşdirilib. Rusiyanın isə Kuril adaları yaxınlığında “Varyaq” kreyseri də daxil olmaqla, böyük hərbi qüvvəsi var.

Avqustun 12-də Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiya gəmilərini ələ keçirmək planlarını “quldurluq” adlandıraraq, buna “güzgü effekti” ilə cavab veriləcəyini vəd edib. O vurğulayıb ki, Avropa ölkələri bununla ancaq Rusiya gəmilərinə qarşı güc tətbiqinin planlaşdırıldığı sularda deyil, başqa akvatoriyalarda da üzləşə bilərlər.


Geri qayıt