Əsas Səhifə > Güney Press / Ana xəbər > Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb olduBu gün, 11:37 |
|
Yazıçı Kəramət Böyükçölün əmlak məsələsi ilə bağlı yeni iddia gündəmə gəlib. Bildirilir ki, onun Sumqayıtda yerləşən və ümumi sahəsi 1 478 kvadratmetr sahəsi olan obyektinin dəyəri 4 milyon manatdır. Bu iddianın gerçək olduğunu düşünənlərlə yanaşı, rəqəmin şişirdildiyini deyənlər də var. Sözügedən obyektlərin real bazar qiyməti nə qədərdir? 4 milyon manat olması mümkündürmü? Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, bu məsələnin müzakirəsi ilə sosial şəbəkələrdən tanışdır: “Kəramət Böyükçöl də Azərbaycan vətəndaşıdır və bütün vətəndaşlar kimi yaxşı yaşamaq, maddi və digər nemətlərə sahib olmaq hüququ var. Bu hüquqa hörmətlə yanaşılmalıdır. Burada insanın yazıçı olması, peşəsi, milli və ya etnik mənsubiyyəti və digər bu kimi amillərin nəzərə alınması ayrı-seçkilikdir və doğru yanaşma deyil”. Ramil Osmanlı bildirib ki, həmin əmlak barədə heç bir dəqiq məlumat olmadığı üçün qiyməti haqda yekun fikir demək olmaz: “Obyektin nə olduğu, hansı istiqamətdə fəaliyyət göstərdiyi və ya göstərəcəyi, ümumi sahəsinin nə qədər olduğu, texniki göstəricilərinin nədən ibarət olduğu barədə məlumat yoxdur. Ona görə də həmin əmlakın dəyəri ilə bağlı hər hansı fikir səsləndirməyi doğru hesab etmirəm. Ümumiyyətlə, əmlakın qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ya mülkiyyətçinin sifarişi əsasında, ya da həmin əmlak üzərində sərəncam vermək hüququ olan digər şəxs və ya müvafiq qurum tərəfindən həyata keçirilir. Bu baxımdan, Kəramət bəyin şəxsi təşəbbüsü və istəyi olmadan onun əmlakının dəyərini müəyyənləşdirmək və bu barədə açıq mənbələrdə məlumat yaymaq etik baxımdan da doğru yanaşma deyil”. Qeyd edək ki, Kəramət Böyükçöl pravda.az-a Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143 ünvanında yerləşən və ona məxsus olan qeyri-yaşayış obyektləri ilə bağlı açıqlama verib. O bildirib ki, obyektlərin istismara icazə sənədi qanuni şəkildə verilib və bu sənədi əldə etmək üçün iki il çalışıb. Kəramət Böyükçöl əlavə edib ki, obyektlərdən bank krediti götürmək və müxtəlif şəxsi layihələrini həyata keçirmək üçün istifadə etməyi planlaşdırır. Xatırladaq ki, sözügedən qeyri-yaşayış kompleksi üç obyektdən ibarətdir. Ən böyük obyektin tikinti sahəsi 1 250 kvadratmetrdir. Geri qayıt |