Əsas Səhifə > Güney Press > Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu

Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu


Bu gün, 17:31

Sabirabadda kişi bəyənmədiyi qadına görə cərimələnib.

Lent.az-ın xəbərinə görə, hadisə Ulacalı kəndində baş verib.

43 yaşlı Kamil Dadaşovun (şərti adla) qohumları bir qadını ona arvad kimi işlədiyi fermaya gətiriblər. Lakin bir gün sonra Kamil xasiyyətlərinin uyğun gəlmədiyini görərək, qadını geri qaytarmaq istəyib və onu nalayiq ifadələrlə təhqir edib. Bu zaman qadın səs-küy salaraq, ondan şikayət edib. Şikayət əsasında Kamil saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Kamil bildirib ki, qadının şikayəti ilə əlaqədar o, polis şöbəsinə gəlib:

“Şöbənin arxa tərəfdən girişi olan qapısının qarşısında məni dəvət edən polis əməkdaşı ilə qarşılaşdım. Polis əməkdaşı qadının onu döyməyim barədə şikayət etdiyini bildirəndə əsəbiləşib onun ünvanına nalayiq ifadələr işlətdim”.

Sonda Kamil Dadaşov əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə o, 50 manat məbləğində inzibati qaydada cərimələnib.


Geri qayıt