Əsas Səhifə > Güney Press > Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcəkBu gün, 15:17 |
|
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raket-ələkeçiricilər partiyasının verilməsi ilə bağlı qərar qəbul etməlidir. Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka məlumat verib. O qeyd edib ki, Varşava bu qərarı qəbul edərkən ölkənin təhlükəsizlik ehtiyaclarını da nəzərə alacaq. “Yekun qərar ən yüksək səviyyədə qəbul ediləcək. Polşa Rusiyanın raket təhlükəsinin artması fonunda Ukraynaya yardımın artırılması imkanını da müzakirə edir. Belə qərarlar həmişə polşalıların təhlükəsizliyi kontekstində qəbul olunmalı və bütün arqumentlər diqqətlə ölçülüb-biçilməlidir”, - Sobkovyak-Çarneçka vurğulayıb. Polşa müdafiə nazirinin müavini həmçinin əlavə edib: “Müdafiə naziri Kosinyak-Kamış açıq şəkildə bəyan edib ki, raketlərin verilməsinin düzgün olub-olmaması ilə bağlı bütün siyasi mübahisələrə baxmayaraq, bu gün daha çox raket verməyə hazırdır”. Geri qayıt |