"DİA-AZ" yurd.media-ya istinadən xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,4 milyon manat zərər edib (ötən ilin eyni dövrünü 0,7 milyon manat xalis mənfəətlə başa vurmuşdu).
Bu il iyulun əvvəlinə "Azsığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 5,6% az - 29,2 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 11 milyon manat (19,5% az), balans kapitalı isə 18,2 milyon manat (1,6% az), o cümlədən nizamnamə kapitalı 14 milyon manat (dəyişməyib) olub.