Əsas Səhifə > Güney Press > Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandıBu gün, 12:12 |
|
Rusiya prezidenti Vladimir Putin Saxalin vilayətində doğum səviyyəsinin ölkə üzrə orta göstəricidən yüksək olduğunu bildirib. Modern.az xəbər verir ki, Putin bu barədə Saxalin vilayətinin qubernatoru Valeri Limarenko ilə görüşündə danışıb. Valeri Limarenko görüş zamanı bildirib ki, vilayətdə ümumi doğum əmsalı 1,7-yə çatır. Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin ölkənin bəzi regionlarında əhalinin azalmasının qarşısının alınmasının və həmin ərazilərdə normal yaşayış şəraitinin yaradılmasının vacibliyini vurğulayıb. 2025-ci ildə Rusiyanın kənd yerlərində doğum əmsalı 1990-cı ildən bəri ən aşağı səviyyəyə – 1,464-ə düşüb. Ən yüksək göstəricilər isə Nenets və Yamalo-Nenets muxtar dairələri, eləcə də Tıva Respublikasında qeydə alınıb. Geri qayıt |