Əsas Səhifə > Güney Press > Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir
Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmirBu gün, 11:58 |
|
Çeçenistan rəhbəri Ramzan Kadırov çeçenlərin Ukrayna müharibəsində iştirakını azaltmağa çalışır. Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” Çeçenistan rəhbərliyinə yaxın mənbələrə istinadən məlumat yayıb. “Kadırov Rusiya Prezidenti Vladimir Putini və Ukraynadakı müharibəni açıq şəkildə dəstəkləməyə davam edir, amma eyni zamanda respublika sakinlərinin döyüşlərdə iştirakını məhdudlaşdırmağa çalışır. Kadırov Çeçenistanın müharibəyə 70.000-dən çox əsgər göndərdiyini iddia edib. Lakin “Mediazona”nın məlumatına görə, Çeçenistanın təxminən 540 yerli sakininin öldüyü təsdiqlənib. Bu, Rusiya hərbi itkilərinin ümumi sayının təxminən 0,2%-ni təşkil edir”, - məlumatda bildirilib. Geri qayıt |