Əsas Səhifə > Güney Press > Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb
Amaliya Pənahovanın qılıncı satışa çıxarılıbBu gün, 10:48 |
|
Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb. Teleqraf-ın xəbərinə görə tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb. Hədiyyə qılıncın üzərində yazılıb: “Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993”. Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib. Xalq artisti 2018-ci ildə vəfat edib. Geri qayıt |