Əsas Səhifə > Güney Press > Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı,
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı,Bu gün, 09:40 |
|
Abşeron rayonunun Mehdiabad qəsəbəsində qəbiristanlıqdan məzar daşlarının üzərindən mərmər güldanları oğurlayan şəxs məsuliyyətə cəlb edilib. Xitab24.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü B.Y-nin əməli bununla yekunlaşmayıb. O, daha sonra eyni qəsəbədə yerləşən marketlərin birindən 25 manat dəyərində “Redbul” enerji içkiləri də oğurlayıb. Dəymiş zərəri ödəməyən 25 yaşlı gənc Abşeron Rayon Məhkəməsinin qərarına əsasən, 25 gün müddətinə inzibati qaydada həbs edilib. Geri qayıt |