Əsas Səhifə > Güney Press > Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblarBu gün, 17:24 |
|
Azərbaycanlı mütəxəssislər son iki ayda Qərbi Zəngəzurun Meğri rayonuna səfərlər ediblər. Modern.az xəbər verir ki, bu barədə erməni jurnalistlərə müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib. O son iki ay ərzində azərbaycanlı mütəxəssislərin Ermənistanın Meğri şəhərinin müxtəlif ərazilərinə səfər etdiyini söyləyib. Karapetyanın sözlərinə görə, bu barədə məlumatı dövlət qurumlarından deyil, öz mənbələrindən əldə edib. Erməni deputat həmin səfərləri Zəngəzur dəhlizi ilə bağlı mümkün layihələrlə əlaqələndirib. O, mütəxəssislərin xüsusilə Ermənistan ərazisindən keçəcək elektrik xəttinin çəkilməsi üçün tədqiqat apardığını ehtimal edib. Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır. Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər. Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda, Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır", - deyə İlham Əliyev qeyd edib. Geri qayıt |