Əsas Səhifə > Güney Press > Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır

Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır


Bu gün, 16:01

Ağcabədidə tanışını və onun qohumunu qətlə yetirməkdə təqsirləndirilən Əliniyaz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

APA xəbər verir ki, iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Qasımovun icraatına verilib.

Məhkəmə yaxın günlərdə başlayacaq.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində baş verib. Kənddə toyla bağlı keçirilən “ciyər axşamı”nda qumar masası ətrafında Əliniyaz Əliyevlə Şaiq Mamedov arasında mübahisə yaranıb. Bir gün sonra Əliniyaz Əliyev Şaiqi Mamedovu görüşə çağırıb. Şaiq Mamedov və qohumu Həsən Mamedovla Əliniyaz Əliyev arasında yenidən mübahisə düşüb. Şaiq və Həsən Əlniyaza müxtəlif bədən xəsarətləri yetirib. Bu zaman Əliniyaz Əliyev Şaiq və Həsən Mamedovu bıçaqlayaraq qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Geri qayıt