Əsas Səhifə > Güney Press > Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı

Rusiya 6 konteyner Azərbaycan siqaretini ölkəyə buraxmadı


Bu gün, 15:44

Rusiya hüquq-mühafizə orqanları Kalininqrad dəniz limanında 4,6 milyon qutu siqaretin qanunsuz şəkildə ölkəyə gətirilməsi cəhdinin qarşısını aldığını açıqlayıb. İddia olunur ki, aşkarlanan yükün dəyəri 703 milyon rubldan çoxdur.

Lent.az xəbər verir ki, yük Birləşmiş Ərəb Əmirliklərindən altı dəniz konteynerində gətirilib.

Müşayiətedici sənədlərdə konteynerlərin içərisində rulon şəklində kağız olduğu göstərilib. Lakin skan nəticələri gömrük əməkdaşlarında şübhə yaradıb və bundan sonra konteynerlərə baxış keçirilib.

Bəyan edilən məhsulun əvəzinə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan və BƏƏ-də istehsal olunmuş siqaretlərlə dolu 9 180 qutu aşkarlanıb. Bundan başqa, konteynerlərdə tütün məhsullarının reklamı olan təxminən 4 min özüyapışan vərəqə və 13 mindən çox polietilen paket tapılıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin strateji əhəmiyyətli malların külli miqdarda qaçaqmalçılığına dair maddəsi ilə cinayət işi açılıb. Bu maddə üzrə maksimal cəza 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.


Geri qayıt