Əsas Səhifə > Güney Press > Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkət
Milyardlıq kreditlər, şəxsi təyyarə, İspaniyada milyonluq şirkətBu gün, 14:55 |
|
Rusiyanın iri ət istehsalçılarından olan “Sibagro” şirkətinin sahibi Andrey Tyutyuşev maliyyə vəziyyəti, aldığı dövlət dəstəyi və Avropadakı biznes əlaqələri ilə gündəmə gəlib. Lent.az yerli mediaya istinadən xəbər verir ki, “Sibagro” 2026-cı ildə əmlakını və səhmlərini girov qoyaraq bir neçə iri kredit müqaviləsi bağlayıb. Bəzi kredit xətlərinin 2038-ci ilin dekabrınadək qüvvədə olacağı bildirilib. Şirkət borclanır, sahibi şəxsi təyyarə ilə gəzir Məlumata görə, təxminən 20 hüquqi şəxsdən ibarət şirkətlər qrupu ötən il ümumilikdə 4,2 milyard rubl xalis zərərlə üzləşib. Buna əsas səbəb kimi borclara xidmət xərclərinin sürətlə artması göstərilib. Buna baxmayaraq, qrupun öhdəliklərinin daha 2,5 milyard rubl artırıldığı irəli sürülüb. Bildirilir ki, Tyutyuşevin yay aylarında şəxsi təyyarə ilə səfərlərə çıxdığı da vurğulanıb. “Sibagro”nun 2020-ci ildə lizinq yolu ilə aldığı “Bombardier Global 5000 Vision” təyyarəsinin iyulun 29-da Tbilisiyə endiyi bildirilib. Həmin təyyarənin daha əvvəl Bodrum və Moskvada olduğu qeyd edilib. Gürcüstan bazarına göz dikib? Müəlliflər iş adamının Gürcüstan səfərinin istirahətlə yanaşı, yeni biznes planları ilə də əlaqəli ola biləcəyini iddia ediblər. Buna səbəb kimi Gürcüstanda ət istehsalına yönələn layihələrə xərclərin 55 faizinə qədər dövlət dəstəyinin müzakirə olunması göstərilib. Tyutyuşevin dövlət subsidiyalarına marağının yeni olmadığı vurğulanıb. Yazıda “Sibagro”nun 2013–2015-ci illərdə Rusiya hakimiyyətindən təxminən 3 milyard rubl subsidiya və dotasiya aldığı bildirilib. İspaniyada 9,74 milyon avroluq şirkət Ən çox diqqət çəkən məqam isə Tyutyuşev ailəsinin İspaniyadakı biznes əlaqələri olub. Nəşrin məlumatına görə, Andrey və Yuliya Tyutyuşeva adlarına 2012-ci ildə Aralıq dənizi sahillərində iki şirkət qeydiyyata alınıb. Onlardan “Inversiones Y Negocios Talisman SL” şirkətinin nizamnamə kapitalının 2026-cı ilin iyununda yenidən artırılaraq 9,74 milyon avroya çatdırıldığı iddia olunub. Şirkətlərin vaxtilə Alikantedən 75 kilometr aralıda yerləşən mənzərəli Kumbre-del-Sol ərazisində eyni ünvanda qeydiyyatda olduğu bildirilib. Məqalədə “Sibagro”ya məxsus donuzçuluq komplekslərinin fəaliyyəti zamanı ətraf mühitin çirkləndirilməsi ilə bağlı şikayətlərin dəfələrlə gündəmə gəldiyi vurğulanıb. Şirkətin Monqolustan, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Özbəkistana ət ixrac etdiyi qeyd olunub. “Sibagro” və Andrey Tyutyuşev son iddialarla bağlı hələlik geniş açıqlama verməyib. Geri qayıt |