Əsas Səhifə > Güney Press > Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ

Azərbaycanda KURYOZ OLAY: məhkəmə atasını söyən oğulu CƏRİMƏLƏDİ


Bu gün, 13:04

Astarada atasını söyən oğul saxlanılıb.

Lent.az-ın xəbərinə görə, 45 yaşlı Murad Əsədov (şərti adla) yaşadıqları evdə atası Həbiblə (şərti adla) mübahisə edib. Mübahisə zamanı oğul atasını söyərək, təhqir edib. Buna görə də, Həbib oğlu Muradı polisə şikayət edib.

Şikayət əsasında Murad polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.


Murad Əsədov ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hərəkətə yol verməyəcəyini bildirib. Zərərçəkən ata da həmçinin oğlu ilə barışdığını deyib.

Məhkəmənin qərarı ilə Murad Əsədov 50 manat məbləğində inzibati qaydada cərimələnib.


Geri qayıt