Əsas Səhifə > Güney Press > Brilliantdan illər sonra ETİRAF:

Brilliantdan illər sonra ETİRAF:


Bu gün, 12:41

“Buna görə çox peşman olmuşam”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Xalq artisti Brilliant Dadaşova efirdə deyib.

Sənətçi peşmanlığını dilə gətirib:

“Kiməsə cavab verdinsə, demək ki, onun səviyyəsinə endin. Ömrümdə bir dəfə olub, məni qalmaqala çəkiblər, necə olubsa, o insana cavab vermişəm. Bu da özümdən asılı olmayaraq, cəmi bir dəfə baş verib. Buna görə çox peşman olmuşam. Ondan sonra da özümə söz vermişəm, öz yerimi bildiyim üçün, mənə nə qədər söz atsalar, nə danışsalar da heç kimə cavab verməyəcəm”.


Geri qayıt