Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya veribBu gün, 12:25 |
|
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "İnvestra Kredit Ittifaqı" MMC-yə lisenziya verilib. "Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya çatıb. Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "İnvestra Kredit Ittifaqı"nı 2025-ci ilin dekabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Masallı şəhəri, Səməd Vurğun küçəsi, ev 4, döngə 1, nizamnamə kapitalı 4 004 manat, qanuni təmsilçisi isə Əliqismət Ocaqəli oğlu Məhərrəmovdır. Geri qayıt |