Əsas Səhifə > Güney Press > Ermənistan ordusu yeni hərbi formaya keçir
Ermənistan ordusu yeni hərbi formaya keçirBu gün, 10:31 |
|
Ermənistan Silahlı Qüvvələrinin yeni hərbi formaya tam keçidi hələ baş tutmayıb. Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin “Sputnik Ermənistan”ın sorğusuna cavabından ordunun yeni formaya nə vaxt tam keçəcəyinin hələ məlum olmadığı aydınlaşıb. Nazirliyin vaxtaşırı yaydığı foto və videolardan görünür ki, yeni formanı Baş Qərargah rəisi və digər yüksək rütbəli zabitlər geyinirlər. Digər hərbçilər isə hələ də köhnə hərbi formadan istifadə edirlər. Bununla əlaqədar Ermənistan Müdafiə Nazirliyindən bütün şəxsi heyətin yeni formaya nə vaxt keçirilməsinin planlaşdırıldığını soruşulub. Çünki yeni nümunələrə tam keçidin hələ 2024-cü ildə başa çatdırılması nəzərdə tutulurdu. Nazirlikdən bildirilib ki, yeni hərbi formanın tətbiqi prosesi hazırda keçirilən qoşun sınaqlarının nəticələrindən, formaların konstruksiyasının və ümumi texniki xüsusiyyətlərinin öyrənilməsindən asılıdır. “Test məqsədilə alınmış hərbi forma nümunələri müxtəlif bölmələrin hərbçilərinə, o cümlədən sıravi heyətə və yüksək rütbəli zabitlərə təqdim edilib”, - deyə Ermənistan Müdafiə Nazirliyindən bildirilib. Nazirlik bütün şəxsi heyətin yeni hərbi forma ilə təmin edilməsi prosesinin davam etdiyini vurğulayıb. Qurum əlavə edib ki, yeni formaların tam tətbiqinin müddəti müəyyənləşdirilərsə, bu barədə ictimaiyyətə “lazımi qaydada məlumat veriləcək”. Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan hələ 2023-cü ildə parlamentdə çıxışı zamanı orduda hərbi formanın dəyişdirilməsi prosesinə başlanıldığını və beynəlxalq tərəfdaşlarla bu istiqamətdə iş aparıldığını bildirmişdi. Papikyan Ermənistanın 2024-cü ilin sonunadək NATO standartlarına uyğun hərbi forma tətbiq etmək niyyətində olduğunu da açıqlamışdı. 2025-ci ilin sonunda isə ABŞ-ın "Milliken & Company" şirkəti tərəfindən tikilən yeni hərbi formaların ilk partiyası təqdim edilmişdi. Geri qayıt |