Əsas Səhifə > Güney Press > Mask Britaniyanı “satın almaq” istəyir

Mask Britaniyanı “satın almaq” istəyir


Bu gün, 10:26

Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində Böyük Britaniyanın potensial olaraq hansı qiymətə “satın alına biləcəyi” ilə bağlı sual paylaşıb.

Teleqraf xəbər verir ki, milyarder bunu satirik media qurumu “The Babylon Bee”nin onun ölkəni “vaxtilə sahib olduqları söz azadlığını vətəndaşlara qaytarmaq” məqsədilə satın aldığı barədə paylaşımına cavab olaraq yazıb.

Maskın zarafatyana şərhi “Neçəyədir?” olub. O, eyni ifadəni 2017-ci ildə “Twitter” (indiki X) istifadəçilərindən birinin sosial şəbəkəni satın alması ilə bağlı təklifinə cavab olaraq da yazmışdı. Mask sonradan həqiqətən də Twitter-i satın aldı.

2022-ci ilə qədər “Twitter”də 15 faizdən çox paya sahib olan heç bir səhmdar olmayıb. 2022-ci ilin aprelində Mask “Twitter”in səhmlərinin 9,2 faizinə sahib olduğunu açıqlayıb. 2009-cu ildə sosial şəbəkədə qeydiyyatdan keçmiş və platformanın ən populyar istifadəçilərindən biri olmuşdu, həmin vaxt onun 110 milyondan çox izləyicisi var idi.

Daha sonra İlon Mask “Twitter”i bazar qiyməti ilə 43 milyard dollara satın almağı təklif edərək, platformada mövcud senzuranı bəyənmədiyini bildirib.

Oktyabrın 26-da Mask “Twitter”i satınalma prosesinə başlayıb və şirkətin işçi sayını dörd dəfə azaldacağını bəyan edib. Həmçinin reklam vermək istəyənlərə müraciət edərək bildirib ki, bu sövdələşməyə müxtəlif məsələlərin “sağlam” şəkildə müzakirə oluna bildiyi platformanı qorumaq üçün gedib. Oktyabrın 27-də sövdələşmə baş tutub.


Geri qayıt