Əsas Səhifə > Güney Press > Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir
Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyirBu gün, 08:03 |
|
Almaniya Bundestaqının Nəzarət Komitəsinin sədri Mark Henrixman xüsusi xidmət orqanlarına Rusiya ərazisində əməliyyatlar keçirmək səlahiyyətinin verilməsini planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Die Velt” nəşri məlumat yayıb. Bildirilir ki, Henrixman Almaniyanın kəşfiyyat xidmətlərinə Rusiyanın pilotsuz uçuş aparatları istehsalçılarına qarşı qabaqlayıcı kiberhücumlar həyata keçirmək səlahiyyətinin verilməsini istəyir. “Gələcəkdə sadəcə məlumat toplamaq artıq kifayət etməyəcək. Ən yaxşı dron heç vaxt havaya qalxmayan və bununla da Almaniyada insanların həyatını təhlükə altına atmayan drondur. Biz həqiqətən də xidmətlərimizə belə imkan verməliyik ki, ideal halda həm Rusiyada yerləşən hücum dronunu, həm də onun istehsal edildiyi zavodu Almaniya hava limanına və ya Almaniyada insanların həyatı və sağlamlığına qarşı istifadə edilməzdən əvvəl iflic edə və sıradan çıxara bilsinlər”, - komitə sədri qeyd edib. Henrixmannın sözlərinə görə, xüsusi xidmət orqanlarını yenidən qurmaq, ideal halda isə təhlükəni qabaqlamaq lazımdır. Geri qayıt |