Əsas Səhifə > Güney Press > Dondurma satanın qarşısında oynayan xalq və...
Dondurma satanın qarşısında oynayan xalq və...Bu gün, 06:48 |
|
Demokratiya və azadlıq anlayışı olan insanlar deyir ki, dondurma satanın qarşısında oynamaq, əylənmək həmin insanın öz haqqıdır.
Bu adam yazmır ki, “anamı, bacımı da göndərirəm ora rəqs etməyə”. Deyir ki, başqasının haqqı, sərhədi və rahatlığı pozulmursa, insanın istənilən addımı atmaq hüququ var.
Yenə də çox adam eyni sualı verir: “Ananın, bacının orada oynamasına razısan?”
İndi yazacaqsınız ki, “Rəqslə demokratiya olur?” Olmur. Amma demokratiya məhz insanın başqasının haqqına qarışmamağı, özündən fərqli düşündüyü üçün onu təhqir etməməyi və hər kəsin şəxsi seçiminə hörmət etməyi öyrənməsidir.
Bunu öyrənməyən cəmiyyət heç vaxt sağlam və inkişaf etmiş bir ölkə qura bilməz.
Nə imiş, milli mentalitet əldən çıxırmış? Mentalitet qalıb ki, əldən də çıxsın?
Biz Avropada dələduzluq, fırıldaqçılıq və rüşvətə meyilliliklə ad çıxarmış xalqıq. Sevgini, dostluğu, qohum-qonşuluğu öldürmüş xalqıq.
Xalq qladiatorlar arenasındadır. Sağ qalmaq üçün hər an yanındakını vurmağa hazır olan bir cəmiyyətə çevrilib.
Orxan Atabəy - "DİA-AZ"
Geri qayıt |