|
Bu ilin iyul ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 787,4 min nəfər olub. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 844,6 min nəfəri dövlət sektorunda, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 6 ayında muzdla çalışan işçilərin sayı 20,6 min nəfər azalıb. Bu ilin ilk 6 ayında dövlət sektorunda işləyənlərin sayı 21,2 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 0,6 min nəfər artıb. Qeyd edək ki, son 10 ildə (2016-2026-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı belə olub: 1 yanvar 2016 – 1 495,8 min nəfər; 1 yanvar 2017 – 1 514,0 min nəfər; 1 yanvar 2018 – 1 521,3 min nəfər; 1 yanvar 2019 – 1 548,9 min nəfər; 1 yanvar 2020 – 1 641,0 min nəfər; 1 yanvar 2021 – 1 691,8 min nəfər; 1 yanvar 2022 – 1 705,1 min nəfər; 1 yanvar 2023 – 1 733,9 min nəfər; 1 yanvar 2024 – 1 741,8 min nəfər; 1 yanvar 2025 – 1 778,5 min nəfər; 1 yanvar 2026 – 1 808 min nəfər; 1 aprel 2026 – 1 797,6 min nəfər; 1 may 2026 – 1 792,3 min nəfər; 1 iyul 2026 – 1 787,4 min nəfər.
Geri qayıt
|