Əsas Səhifə > Güney Press > Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endirib
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə zərbələr endiribBu gün, 16:56 |
|
Rusiya Zaporojyeyə Şimali Koreya istehsalı ballistik raketlərlə, “Sirkon” raketləri və KAB-larla zərbələr endirib. APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib. “Bu, maksimum zərəri məhz mülki infrastruktura vurmaq məqsədilə hesablanmış amansız hücumdur. Təəssüf ki, hazırda şəhərdə 6 nəfərin öldüyü, 19 nəfərin yaralandığı məlumdur”, - Ukrayna lideri qeyd edib. Zelenksinin sözlərinə görə, Donetsk, Dnepropetrovsk və Nikolayev vilayətlərinə də zərbələr endirilib. Raketlərlə yanaşı, Ukrayna ərazisinə əksəriyyəti reaktiv “Şahed”lər olmaqla 120-dən çox dronla hücum həyata keçirilib. “Rusiyanın hər bir addımı – ballistik raketlərin istehsalının artırılması, Şimali Koreyanın vasitələrindən istifadə, səfərbərliyə hazırlıq – bütün bunlar göstərir ki, Moskva sülhə deyil, eskalasiyaya hazırlaşır”, - o vurğulayıb. Geri qayıt |