Əsas Səhifə > Güney Press > Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş

Qəzada ölən Məryəm "Access Bank"ın əməkdaşı imiş


Bu gün, 16:20

Dünən Balakəndə baş verən və 4 nəfərin ölümünə səbəb olan ağır qəzada həyatını itirənlərdən Məryəm Hoorsova "Access Bank"ın əməkdaşı olub.

Xitab24.az xəbər verir ki, hadisə bank əməkdaşının işə getdiyi zaman baş verib.

Qeyd edək ki, hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü Məryəm Kamil qızı Hoorsova, “Toyota” markalı avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər, “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar. Y.Mütəllibov bu gün xəstəxanada dünyasını dəyişib.


Geri qayıt