Əsas Səhifə > Güney Press > Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz?

Balı artıb-azalan ixtisaslar, yüksələn təhsil haqları: Abituriyentlərə sürpriz?


Bu gün, 15:55

12 avqustdan etibarən 2026/2027-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçimi başlayır.

İxtisas seçimi 19 avqust tarixlərində internet vasitəsilə aparılacaq. Bugünlərdə Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib ki, burada 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu dərc edilib. Abituriyentlər müsabiqə şərtlərini ödədikləri qrup və ya altqruplar üzrə 15-dək ixtisas kodu seçə bilərlər.

Builki ixtisas seçimində hansı yeniliklər gözlənilir?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, artıq “Abituryent-4”, eləcə də subbakalvrlar üçün “Abituriyent” jurnalı abituriyentlərin ixtiyarına verilib:

“Hazırda yalnız “Statistika” jurnalları qalıb. Bu il plan yerlərində demək olar ki, artım yoxdur. Bərabər plan yeri formalaşıb, keçən ilkinə bərabərdir. Ümumi olaraq bal aralığı, say müəyyən olunanda təxmini bilinəcək ki, vəziyyət necədir.

Ancaq ilkin ehtimal olaraq onu demək olar ki, yüksək ballı bir sıra qruplarda bal artımı elə də gözə çarpmayacaq”. Aşağı ballarda artım ola bilər:
“Məsələn, III qruplarda aşağı ballarda müəyyən qədər artım müşahidə oluna bilər”.

Ekspertin sözlərinə görə, təhsil haqlarında artımlar var:

“Məsələn, ən minimum təhsil haqqı Gəncə Dövlət Universitetində “Kimya” müəllimliyi ixtisasında 1100 manatdırsa, ən yüksək təhsil haqqı ADA Universitetində “Hüquqşünaslıq” fakültəsidirdir ki, 8000 manatdır.

Əsas təhsil haqqları 2000-2500 manat arasında dəyişir. Ümumilikdə təhsil haqlarında 100-200 manat artım görürük. ATU-da əksinə, 6000 manatdan 4500 manata qədər azalma var”. Keçid ballarına gəldikdə isə ötən illə böyük bir fərqi olmayacaq:

“Təxminən bərabər müsabiqə şərti gözlənilir. Bəzi ixtisaslarda az da olsa, artım müşahidə edə bilərik. Bununla yanaşı, bəzi ixtisaslarda balın da enməsinin şahidi ola bilərik. Bu, abituriyentlərin həmin ixtisasları seçməsindən, onlara göstərdiyi maraqdan asılı bir haldır”.


Geri qayıt