Əsas Səhifə > Güney Press > Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı:
Kəramət Böyükçöl istismarına icazə aldığı obyektlərindən danışdı:Bu gün, 14:16 |
|
Yazıçı Kəramət Böyükçöl ona məxsus olan Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143 ünvanında inşa olunan qeyri-yaşayış binaları ilə bağlı müzakirələrə münasibət bildirib. Pravda.az-ın xəbərinə görə, o, minlərlə Azərbaycan vətəndaşına qanuni yolla istismara icazə sənədi verilib. “Onlardan biri də mənəm. İki ildir, o sənədin üstündə əlləşirəm. Ona görə sənəd almışam ki, bankdan kredit götürüm, özümə qoyun, quzu alım, çoban olmaq istəyirəm. Özüm də tərəkəməyəm deyə qoyunları yaxşı tanıyıram. Ya da çoxlu kitab avtobusu alım, ölkənin hər nöqtəsində bir kitab avtobusum olsun. Bir tərəfdə qoyun, toyuq-cücə saxlayım, bir tərəfdə kitab yazım”, - K.Böyükçöl qeyd edib. Qeyd: Üç binadan ibarət olan qeyri-yaşayış obyektinin ən böyüyünün tikinti sahəsi 1 250 kvadratmetrdir. Geri qayıt |