Əsas Səhifə > Güney Press > “Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcək
“Tramp marşrutu” üzrə Ermənistana qaz kəməri çəkiləcəkBu gün, 14:00 |
|
“Əgər Rusiya Ermənistana satdığı qazın qiymətini artırmaq qərarına gəlsə, TRIPP (“Tramp marşrutu”) çərçivəsində qaz kəməri çəkiləcək, bu yolla diversifikasiya edəcəyik”. Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan deyib. “Ermənistan ərazisindən TRIPP çərçivəsində qaz kəməri keçəcək. Bu, bizim daha bir mənbəyə malik olmaq və həmin qaz kəmərinin imkanlarından istifadə etmək variantını nəzərdən keçirməyimiz üçün daha bir imkan ola bilər. TRIPP-in icrası artıq praktiki mərhələdədir. ABŞ-də proqramı maliyyələşdirəcək müvafiq maliyyə fondu yaradılıb. Artıq maliyyə vəsaitləri oradan toplanır. Ümid edirəm, mümkün qədər tez dəmir yolunun birbaşa tikintisinə keçəcəyik. Elektrik xətlərinin də mümkün qədər tez çəkilməsi baxımından maraq var”, - Xandanyan qeyd edib. Geri qayıt |