Əsas Səhifə > Güney Press > “Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...”
“Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun...”Bu gün, 12:27 |
|
“Şah İsmayıl Xətainin əleyhinə danışanlar əvvəla tarixi bilmirlər, yəqin, qaynaqlardan xəbərləri yoxdur. Ancaq düşmənlərin vaxtında Şah İsmayıl haqqında yazdıqları mənfi fikirləri də var. Adam da öz millətinə, Azərbaycanı birləşdirən böyük dövlət quran hökmdarını bu cür tənqid edər? Ona görə mən o haqda söhbətə qarışmaq istəmirəm ki, ayıbdır”. Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış türkoloq, professor Firudin Cəlilov Şah İsmayıl Xətai ilə bağlı müzakirələr və fikir ayrılıqlarına münasibət bildirərkən deyib. F. Cəlilov tarixi şəxsiyyəti tənqid edənlərlə razılaşmadığını bildirib: “Onu kürd, fars kimi təqdim edirlər. Bunu deyənlər düşmənlərdir. Bu, sadəcə kiməsə sərf edir ki, mövzunu gündəmə gətirib. Bir ağıllı adam yoxdur ki, durub bunların ağızlarından vursun ki, qələtinizi edin, işlərinizlə məşğul olun”. Geri qayıt |