Əsas Səhifə > Güney Press > Ayanın "havalı" obrazları
Ayanın "havalı" obrazlarıBu gün, 10:20 |
|
Müğənni Ayan Babakişiyeva son günlər sosial şəbəkələrdə viral olan “Havalıdır” mahnısına klip çəkdirir. Axşam.az xəbər verir ki, sənətçi klip çəkilişi üçün kamera qarşısına keçib. Çəkiliş zamanı fotosessiya da etdirən Ayan görünüşündə bir neçə dəyişiklik edib. O, gah pariklə saçlarını qısaldaraq sarışın olub, gah da kəkil etdirərək fərqli obrazlarda kamera qarşısına keçib. Qeyd edək ki, Ayanın “Havalıdır” mahnısı son günlər sosial şəbəkələrdə trendə çevrilib. Mahnının qısa hissəsinə yüzlərlə video çəkilib və ifaçının mahnısı geniş maraqla qarşılanıb. Ayan bildirib ki, klip də mahnı kimi maraqlı olacaq. Müğənni ekran işini yaxın günlərdə təqdim edəcəyini açıqlayıb. Geri qayıt |