Əsas Səhifə > Güney Press > Rusiya XİN Ermənistanla bağlı açıqlama verdi
Rusiya XİN Ermənistanla bağlı açıqlama verdiBu gün, 09:54 |
|
“Avropa İttifaqı (Aİ) Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələri reallaşması mümkün olmayan vədlərlə bir-birindən ayırmağa çalışır”. Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin yerli mediaya deyib. “Avropa İttifaqı müxtəlif platformalarda bizi bir-birimizdən ayırmaq, aramızdakı məsafəni uzatmaq üçün səylər göstərir, bu, faktdır. Aİ komissarları ayrı-ayrı ölkələrə gedərək, böyük ehtimalla heç vaxt yerinə yetirilməyəcək şeyləri reklam edir, vədlər verirlər. Ola bilsin, məhz bütün bu vədlər bizim qarşılıqlı fəaliyyətimizi pozmağa yönəlib”, - o bildirib. Pankin qeyd edib ki, buna görə də hazırda əsas vəzifə, xüsusilə Ermənistan rəhbərliyinin mövqeyini nəzərə alaraq, inteqrasiya prosesinin pozulmasına yol verməməkdir. Diplomat xatırladıb ki, İrəvan 2025-ci ildə Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul etdikdən sonra Brüssellə yaxınlaşma kursunu davam etdirir. Geri qayıt |