Əsas Səhifə > Güney Press > "Mərdəkanlı Amin"in qardaşı yenidən
"Mərdəkanlı Amin"in qardaşı yenidənBu gün, 09:38 |
|
Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub. "DİA-AZ" pravdaaz-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 13-nə təyin edilib
Qeyd: Qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib.
İstintaq zamanı o da məlum olub ki, cinayətin törədilməsində Pərviz Xudaverdiyevin əmisi oğlu Seymur Xudaverdiyevin də iştirak etməsinə əsaslı şübhələr yarandığından, o da məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalarla hadisənin qohumlar arasında ailədaxili mübahisələr zəminində törədildiyi bildirilib. Xatırlatma: Bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı “Mərdəkanlı Amin” kimi tanınan, kriminal aləmdə nüfuz sahibi olan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində güllələyərək qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev isə 9 il azadlıqdan məhrum ediliblər. Geri qayıt |