Əsas Səhifə > Güney Press > Dəməşq və Moskva arasındakı razılaşmanın detalları
Dəməşq və Moskva arasındakı razılaşmanın detallarıBu gün, 07:59 |
|
Yaxın Şərqdəki əsas hərbi bazalardan istifadə ilə bağlı şübhələr, Ukrayna prezidentinin ənənəvi avropalı müttəfiqlər tərəfindən isti qarşılanması, keçmiş sovet respublikasının liderinin misli görünməmiş itaətsizlik nümayiş etdirməsi. Son bir neçə həftə ərzində Ukraynada müharibə davam edərkən Kremlin qlobal təsirini qoruyub saxlamaq ümidlərinə bir-birinin ardınca zərbə dəyib. Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşrində məqalə dərc edilib. Nəşrin məlumatına görə, bazar günü Suriya Rusiyanın Xmeymim aviabazasının və Tartusdakı hərbi-dəniz bazasının artıq yalnız Moskvanın nəzarətində olmayacağını açıqlayıb. Hərbi obyektlərin “birgə təlim mərkəzləri”nə çevriləcəyi bildirilib. Bunlar Rusiyanın keçmiş Sovet İttifaqı ərazisindən kənarda yerləşən yeganə rəsmi hərbi bazaları idi. Məqalədə qeyd olunur ki, bu hadisə Kremlin əsas müttəfiqi Bəşər Əsədin 2024-cü ildə üsyançılar tərəfindən devrilməsindən sonra baş verib. Suriyanın prezidenti postunda Əsədi islamçıların rəhbərlik etdiyi üsyançı hərəkatın komandiri Əhməd Şara əvəz edib: "Rusiya ordusu Əsədi doqquz il ərzində dəstəkləsə də, minlərlə suriyalı üsyançının və dinc sakinin ölümünə səbəb olsa da, üsyançılar Dəməşqə daxil olarkən Rusiya Prezidenti Vladimir Putin qoşunlarına müdaxilə etməmək əmri verib. Suriya Şərqi Aralıq dənizindəki bazalarla bağlı razılaşmanı “Rusiyanın mövcudluğunun yenidən təşkil edilməsi” adlandırıb və bunun “Suriya-Rusiya münasibətlərində yeni mərhələ”yə yol açacağını bildirib. Suriya razılaşmanın Moskva ilə razılaşdırıldığını və qarşılıqlı maraqların qorunmasını təmin edəcəyini vurğulasa da, hər iki bazadakı mülki obyektlərin Dəməşqə təhvil veriləcəyini qeyd edib". Rusiyanın xarici siyasəti və Yaxın Şərq üzrə ekspert Anna Nott qeyd edib ki, Rusiyanın gələcəkdə Suriya bazalarından hərbi məqsədlər üçün istifadə edə bilməsi ehtimalı getdikcə azalır, lakin bunu tamamilə istisna etmək olmaz. Geri qayıt |