Əsas Səhifə > Güney Press > XALQ ADAMI və ZƏMANƏ ADAMI...

XALQ ADAMI və ZƏMANƏ ADAMI...


Bu gün, 07:09

Açıq-aşkar yaltaqlığı, qəribə də olsa, bəzən daha dürüst hesab etmək olar. Çünki adam kimə tərəf olduğunu gizlətmir. Məmurun yanında məmuru tərifləyir, münasibətini açıq göstərir.
Amma kabinetlərdə səssizcə imtiyazlardan yararlanıb, ictimaiyyət qarşısında xalq qəhrəmanı obrazına girənlər daha təhkükəli adamlardır.
Məncə, insanı daha çox düşündürməli olan budur. Çünki burada məsələ təkcə yaltaqlıq deyil, iki ayrı üzlə yaşamaqdır.
Aşkarda sistemə qarşı çıxmaq, arxada isə həmin sistemin verdiyi imkanlardan faydalanmaq; başqalarını yaltaqlıqda ittiham etmək, amma öz münasibətlərini gizlətmək...
Bir adam məmura xoş söz deyəndə “troll” olur, başqa biri məmurları ən sərt sözlərlə tənqid edə-edə həmin sistemin imkanlarından faydalananda isə “cəsarətli ziyalı” olaraq qalırsa, burada artıq biz adamları davranışına görə yox, yaratdıqları obraza görə qiymətləndiririk.
Və bu, təkcə bir adamın problemi deyil.
Bu, cəmiyyətin qəhrəman yaratmaq xəstəliyidir.
Günel Qarayeva - "DİA-AZ"

Geri qayıt